Müəllimlər nəyə görə iş tapmaqda çətinlik çəkir ?

Müəllimlərin İş Tapmaqda Qarşılaşdığı Əsas Çətinliklər

İşə qəbul prosesi necə işləyir və müəllimlər niyə geri qalır ?

Overline

Müəllimlər cəmiyyətin ən dəyərli təbəqələrindən biri olsa da, təəssüf ki, bir çoxu iş tapmaqda çətinlik çəkir. Bəs səbəb nədir? CV-lərin qeyri-peşəkar hazırlanması, müsahibəyə düzgün hazırlaşmamaq, dəyişən təhsil tələblərinə uyğunlaşmamaq bu çətinliyin əsas səbəblərindəndir. Bu yazıda müəllimlərin rastlaşdığı əsas problemləri və onları necə həll edə biləcəyimizi izah edəcəyik.

İşə qəbul prosesində çətinlik yaradan əsas amillər

Overline

1. CV – nin düzgün olmaması

İşə qəbul prosesində ilk və ən vacib mərhələ CV mərhələsidir. Əgər göndərdiyiniz CV-lərə cavab almırsınızsa, bu, CV-nizin düzgün tərtib olunmadığını göstərə bilər. Əgər CV- nizdə olan problemi aşkara çıxarmaq ve ya peşəkar CV istəyirsizsə , bizim Peşəkar CV düzəltmə xidmətimizdən yararlana bilərsiniz.

2. Vakansiyaya düzgün müraciət etməmək

İşə müraciət zamanı namizədlərin buraxdığı ən yayılmış səhvlərdən biri düzgün yazışma qaydalarına əməl etməmələridir. Bəzi müəllimlər sadəcə “Salam”, “Vakansiya var?” kimi qeyri-rəsmi və natamam mesajlarla müraciət edir, digərləri isə yalnız CV-ni əlavə edib heç bir açıqlama vermədən göndərirlər. Bu yanaşma işəgötürənin diqqətini cəlb etmir və sizi ciddi namizəd kimi tanıtmır.

Peşəkar müraciət forması isə belə olmalıdır:

  • Səviyyəli salamlaşma: “Salam, hörmətli [şirkət adı] komandası…”
  • Vakansiyanın adı və müraciət məqsədi: “Məktəbinizdə elan edilmiş Riyaziyyat müəllimi vakansiyası üzrə müraciət edirəm.”
  • Qısa təqdimat: Təhsiliniz və iş təcrübəniz haqqında 1-2 cümləlik informasiya.
  • Sualınız varsa: Həmin mesaj daxilində suallarınızı da konkret şəkildə əlavə edin.
  • CV-ni əlavə edin: Mesajın sonunda CV faylını yükləyin.

Eyni zamanda unutmayın ki, günün müxtəlif saatlarında, ayrı-ayrı mesajlarla yazışmaq şirkəti narahat edə bilər. Müraciətinizi bir mesaj daxilində, tam və aydın şəkildə göndərməyə çalışın.

3.Texnologiyaya uyğunlaşma və rəqəmsal bacarıqların zəif olması

Müasir dövrdə müəllimlərdən yalnız fənni bilmək yox, həm də texnologiyalardan düzgün istifadə bacarığı tələb olunur. Təqdimatlar hazırlamaq, onlayn platformalarda dərs keçmək, AI alətlərindən istifadə etmək artıq bir üstünlük deyil, vacib tələblərdən biridir.

Bəzi müəllimlər bu bacarıqlara sahib olmadıqları üçün yeni vakansiyalara müraciət etdikdə, digər rəqibləri ilə müqayisədə geridə qalırlar.
Əsasən aşağıdakı texnoloji çətinliklər işə qəbul prosesini ləngidir:

  • Sadə təqdimat proqramlarını (məs. PowerPoint, Canva) bilməmək
  • Zoom və Google Meet kimi platformalarda dərs keçməkdə çətinlik
  • CV və portfolionu onlayn şəkildə təqdim edə bilməmək
  • Süni intellekt əsaslı alətləri tanımamaq

4. Sosial mediadan düzgün istifadə etməmək

Bugünkü iş dünyasında sosial media yalnız ünsiyyət vasitəsi deyil, həm də peşəkar tanıtım və şəbəkələşmə platformasıdır. Bir çox müəllim ya sosial mediada ümumiyyətlə aktiv deyil, ya da peşəkar imicinə zidd paylaşım və yanaşmalar sərgiləyir. Bu isə işəgötürənlərin fikrində mənfi təəssürat yarada bilər.

Ən çox rast gəlinən səhvlər:

  • Sosial şəbəkədə qarışıq, məqsədsiz paylaşmalar
  • Peşəkar profil fotosunun və bio-nun olmaması
  • Heç bir müəllimlik fəaliyyəti ilə bağlı paylaşım etməmək
  • Vakansiya paylaşan səhifələri izləməmək

Əslində necə olmalıdır?

  • Özünüzə peşəkar müəllim profili yaradın (bio, profil şəkli, cover dizayn)
  • Ən azı həftədə 1 dəfə dərs materialı, faydalı ipucu, və ya nailiyyət paylaşın
  • CV və portfolionuzu link kimi profilinizə yerləşdirin
  • Eduvakansiya kimi səhifələrdə şərh yazaraq aktiv iştirak edin (görünürsünüz!)
  • Təqdim etdiyiniz dəyəri göstərin, sadəcə iş axtarmayın